<?xml version="1.0" encoding="UTF-8"?><song><hymn_number>204</hymn_number>
<title>Müqəddəs Ruh, bizi Sən nurlandırdın İL204</title>
<lyrics>[V1]
 Müqəddəs Ruh, bizi Sən nurlandırdın,
 Həqiqət Padşahlığının sirlərin açdın.
 Gündüz və gecədə, sevinc və qəmdə
 Bizə yaxın oldun və sadiq qaldın.

[C1]
   İstərik, dərindən dərk edək, bilək
   Sözlərində olan böyük hikməti.
   Öyrət bizi seçək və ayırd edək
   Başqa səslər içrə Sənin Səsini.

[C2]
   Öyrət, qalib gələk dünyaya olan
   Marağa, istəyə və cazibəyə.
   Sənə qulaq asaq, daim can ataq
   Ruhumuza həyat, fayda verənə.

[V2]
 Bizə nəsib olsa bu bəxtiyarlıq
 Çarmıxın daşıyıb əzab çəkərkən,
 Bunu şərəf kimi biz qəbul edək,
 İzzət nəğməsiylə Səni mədh edək!</lyrics>
</song>